TƏCRÜBƏ PROQRAMI

3T Təlim və Təcrübə Mərkəzinin “Təcrübə Proqramı” iştirakçıların real iş mühitində bilik və bacarıqlarını tətbiq etməsinə və inkişaf etdirməsinə imkan yaradan peşəkar platformadır. Proqram gənclərə gələcək karyeralarında uğurlu addımlar atmaq üçün təcrübə və özünəinam qazandırmağı hədəfləyir.
Proqram çərçivəsində iştirakçılar:
- Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrdə təcrübə keçərək əmək bazarının tələbləri ilə tanış olacaq,
- Real layihələrdə iştirak etməklə praktiki bacarıqlarını təkmilləşdirəcək,
- Təcrübəli peşəkarlarla şəbəkə quraraq dəyərli əlaqələr yaradacaq,
- Gündəlik iş prosesində problemləri həll etmə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirəcəkdir.
“Təcrübə Proqramı” gənclərə yalnız təcrübə qazandırmaqla kifayətlənmir, həm də onların şəxsi inkişafına töhfə verir. Bu proqram iştirakçıların gələcək uğurlarına doğru atdıqları əhəmiyyətli bir addımdır.