MENTORLUQ VƏ ŞƏXSİ İNKİŞAF

3T Təlim və Təcrübə Mərkəzinin “Mentorluq və Şəxsi İnkişaf Proqramı” gənclərin öz potensialını kəşf etməsi, fərdi bacarıqlarını inkişaf etdirməsi və peşəkar istiqamətdə irəliləməsi üçün nəzərdə tutulmuşdur.
Proqram çərçivəsində iştirakçılar:
- Təcrübəli mentorlarla birbaşa əlaqə quraraq fərdi tövsiyələr alacaq,
- Şəxsi və peşəkar məqsədlərini müəyyənləşdirəcək,
- Təşkilati bacarıqlarını, vaxtın idarə olunmasını və liderlik keyfiyyətlərini təkmilləşdirəcək,
- Özünə inamı artıran effektiv kommunikasiya və problem həlli texnikalarını öyrənəcəkdir.
Bu proqram gənclərin unikal inkişaf yolunu formalaşdırmaq və onlara uğurlu gələcək qurmaq üçün möhkəm baza təqdim edir.