Müasir iş həyatında Antropologiya.
İlk məqalədə qeyd etmişdim ki, iş həyatında uğur qazanmaq üçün insan davranışlarını analiz edib əldə etdiyiniz məlumatları doğru zamanda istifadə etməyi öyrənmək lazımdır. Bunun üçün psixologiya, antropologiya və sosiologiya elmlərindən məlumatlı olmaq çox önəmlidir.
Bu məqaləmdə antropologiya və onun iş həyatımızda önəmindən qısaca bəhs edəcəyəm.
Antropologiya insanın bioloji, mədəni və sosial təbiətini öyrənən bir elm sahəsidir. Bu elm keçmişdəki və indiki cəmiyyətlərin mədəni və sosial strukturlarını, inanc sistemlərini, dünya görüşlərini araşdırır. Qısacası Antropologiya bizə müxtəlif xalqların adət-ənənələrini, inanclarını və davranış formalarını başa düşməyə imkan yaradır.
Antropoloji məlumatları iş həyatına doğru tətbiq etmək İnsan qaynaqları, marketinq və satış şöbələrinin işini bir neçə dəfə asanlaşdırır.
Misal :
Azərix (şərti) şirkətinin İnsan qaynaqları şöbəsi Amerikanın ən prestijli universitetlərindən birinə təhsil almış Amerika əsilli mütəxəssis Connini Marketing şöbəsinə rəhbərlik etmək üçün işə qəbul edir. Yeni əməkdaş öz sahəsində olduqca professional qərarlar verir, məhsul analizi, bazar araşdırması, targeting və s. Görülən işlərin nəticəsi olaraq keyfiyyətli reklam çarxı çəkilir, məhsul satışa çıxarılır, promo aktivliklər təşkil olunur lakin məhsul satışı gözləntiləri doğrultmur. Şirkət ilk başlarda bu əməkdaşın işndən olduqca məmnun olsada uğursuz nəticələr təkrarlanır və bir müddət sonra xarici mütəxəssislə sağollaşmaq zərrurəti yaranır.
Çox keçmədən eyni vakansiyaya dövlət universitetlərindən birində bakalavr və magistr təhsili almış, yerli şirkətlərdə 3-5 il iş təcrübəsi olan Əhməd işə cəlb olunur və onun əldə etdiyi nəticələr hərkəsi təəccübləndirir. “Milli” əməkdaşımız xarici mütəxəssisdən dəfələrlə yüksək nəticələr əldə etsə də, təbii ki, xarici mütəxəssisin aldığı əmək haqqını əsla ala bilmir)))))))))
Açıqlama: Yad məmləkətdən gəlmiş mütəxəssis Conni yadelli mədəniyyətini özü ilə gətirir və məntiqinə görə şirkətə yeni əsinti, yeni baxış bucağı lazım olduğu üçün məhz o bu vakansiya üçün seçilib. Bu məntiqlə yerli xalqın həyat tərzi, alışqanlıqları, jarqonu, ənənəsi, davranış və pul xərcləmə mədəniyyəti səthi araşdırılır. Dərin araşdırma daha uzun zaman və büdcə tələb etdiyi üçün və sifarişçi yenilik gözlədiyi üçün mütəxəssis işi bildiyi tərzdə həyata keçirir və uğursuzluqla üzləşir. Milli əməkdaşımız Əhməd isə qeyd olunan kriteriyalarla yaxından tanış olduğu üçün qısa zaman ərzində çox böyük nəaliyyətlər əldə edir. O, yerli bazarın tələbi, potensial alıcıların pul xərcləmə mədəniyyəti, alıcılıq qabiliyyəti, motivasiya qaynaqları, təsirli marketing və reklam yöntəmləri haqqında əsaslı məlumata sahibdir.
Nəticə: İnsan qaynaqları mütəxəssisinin yalnış qərarı nəticəsində şirkət 6 ay zamanını və illik büdcəsinin yarısını itirdi. Conni vətəninə qayıdıb professional iş həyatına davam edir (ümid edək ki, işindəki uğursuzluğun səbəbini aydınlaşdırıb), Əhməd isə Conninin aldığı əmək haqqının məbləğini sonradan bilsə də, öz bacarıqlarını layiqincə dəyərləndirə bilmədiyi üçün ona təklif olunan əmək haqqı ilə işinə bir müddət davam edir.
Son söz: Antropologiya elmi sadəcə akademik maraq obyekti deyil, həyatın çox mühüm tərəflərini başa düşməyə imkan yaradan elmdir. Bu biliyə sahib olan şirkətlər və təşkilatlar düzgün strategiyalar tərtib edərək həm bazarın çox böyük hissəsinə sahib ola, həm də istehlakçıların sevgisini və sədaqətini qazana bilər.
Əminliklə deyə bilərəm ki, bir millətin antropoloji özəlliklərini, adət-ənənəsini, inancını, əqidəsini, mədəniyyətini və mədəni sərvətini, alışqanlıqlarını, davranış qaydalarını, yazılmamış qanunlarını nəzərə almadan o millətə heçnə sata, anlata vəya heçnəyə inandıra bilməzsiniz.
Sual: Sizcə Əhməd və şirkət arasındakı qarşılıqlı münasibət necə davam edəcək? Cavablarınızı şərhdə qeyd edin ki, müzakirə edək.
Bilirsiniz, fikirləriniz qızıldan dəyərlidir – Sizin kimi))
Login
Please login to comment
0 ŞƏRH
Oldest
Newest
Most Voted
Inline Feedbacks
View all comments