TƏLİM VƏ TƏCRÜBƏ MƏRKƏZİMİZƏ XOŞ GƏLMİSİNİZ!

Mərkəzimiz iş təcrübəsi olmayan gənclər üçün təlim və təcrübə sahəsində aparıcı mərkəz olmaq məqsədini daşıyır. Tələbələrimizin inkişafına hərtərəfli və innovativ yanaşma təqdim edərək, biz onların akademik və peşəkar fəaliyyətlərində uğur qazanması üçün zəruri bacarıq, bilik və təcrübə ilə təmin edilməsini hədəfləyirik. Təcrübəli heyətimiz, müasir avadanlıqlarımız və etibarlı tərəfdaşlıqlarımız sayəsində tələbələrimizin gələcəyinə əhəmiyyətli təsir göstərə biləcəyimizə əminik.

Siz bugün bizə güvənərək sabahın uğurlu karyera hekayələrinə imza atmış olacaqsınız!

UNİKAL TƏKLİFİMİZ

3TM tələbələrinə aşağıdakı unikal təklifləri ilə fərqlənir:

  • Fərdi yanaşma: Hər bir tələbənin unikal olduğunu qəbul edirik və onların konkret məqsəd və ehtiyaclarına uyğun fərdi tədris planları hazırlayırıq.
  • Praktiki təcrübə: Praktiki təcrübəyə böyük önəm veririk və tələbələrə öz bacarıqlarını real layihələr və situasiyalarda tətbiq etmək imkanı təqdim edirik.
  • Sənaye əlaqələri: Tələbələrə sahə mütəxəssisləri, təcrübə proqramları və digər imkanlarla çıxış təmin etmək üçün aparıcı müəssisə və təşkilatlarla əməkdaşlıq edirik.
  • Uzunmüddətli dəstək: Biz tələbələrimizlə uzunmüddətli əlaqələr qurmağa çalışırıq və onlara karyeraları boyunca məqsədlərinə çatmaqda kömək edəcək ömür boyu dəstək və mentorluq təklif edirik.

Biz tələbələrimizə təcrübələrini, bilik və bacarıqlarını doğru istifadə etməyi öyrətməyi hədəfləyirik.

XİDMƏTLƏRİMİZ

TƏLİM PROQRAMI

Gənclərin iş həyatına uğurlu keçidini təmin etmək üçün onlara iş etikası, kommunikasiya, ofis texnologiyaları və digər iş üçün vacib bacarıqlar üzrə təlim proqramları.

TƏCRÜBƏ PROQRAMI

Mərkəzin əməkdaşlıq etdiyi şirkət və təşkilatlarda iş təcrübəsi keçmək imkanı.

MENTORLUQ VƏ ŞƏXSİ İNKİŞAF

Gənclərin karyera planlaşdırması, fərdi inkişaf yolları və şəxsi bacarıqların
gücləndirilməsi üçün fərdi mentorluq seansları.

KORPORATİV XİDMƏTLƏR

Sahibkarlar üçün hazırlanmış özəl layihəmizdə mövcud əməkdaşların professional bacarıqlarını artırmaq, həmçinin yeni açıq vakansiyalara təcrübəli əməkdaş təyinatı üçün  dəstək ola bilərik.

TƏLİMLƏR

Məzmun: İş mühitində etik prinsiplər, işçinin
özünə qarşı tələbləri, əməkdaşlıq və iş yerində
konfliktlərin idarə edilməsi.
Hədəf: Gənclərin iş yerində uyğunlaşmasını
artırmaq və onların əməkdaşlıq qabiliyyətini
inkişaf etdirmək

Məzmun: Rəsmi e-poçt yazışma qaydaları,
hesabatlar, memorandumlar və digər sənədlərin
tərtibatı.
Nəticə: İştirakçılar iş yerlərində rəsmi
yazışmaları səlis və dəqiq aparmağı
bacaracaqlar

Məzmun: Printer, skaner, proyektor və digər
avadanlıqlardan düzgün istifadə qaydaları.
Əhəmiyyət: Gənclər ofis texnologiyalarına dair
praktik biliklər qazanaraq iş yerində daha
effektiv olacaqlar

Məzmun: Microsoft Office proqramlarının
(Word, Excel, PowerPoint) istifadəsi, Google
Workspace tətbiqləri və digər ofis proqramları.
Nəticə: Təlim bitdikdən sonra iştirakçılar ofis
proqramlarında əsas və irəli səviyyəli biliklərə
malik olacaqlar

3TM HEKAYƏSİ

Ali təhsilini tamamladıqdan sonra iş axtaran, lakin hər səfərində "Təcrübəli əməkdaş axtarırıq" sözü ilə üzləşən gəncin istedadına bir şans verilmədiyi üçün ruhdan düşüb məslək dəyişməsi, illərlə evdar qadın həyatı yaşayan bir ananın iş təcrübəsi olmadığı üçün min bir çətinliklə üzləşməsi, ümumiyyətlə işləmək istəyinə baxmayaraq “TƏCRÜBƏSİZ” damğası üzündən aylar, hətta illərlə işsiz qalan insanların hekayələri “3T” Təlim və Təcrübə Mərkəzinin yaradılması üçün bizə ilham verdi.

Mərkəzimiz "Təlim, Təcrübə, Tərəqqi" şüarı altında gənclərin peşəkar bacarıqlarını əldə edərək iş dünyasına ilk addımlarını atması, eləcə də sahibkarların potensial işçi tapması üçün köprü rolunu daşıyır.

3T Təlim və Təcrübə Mərkəzi, sadəcə bir təlim mərkəzi deyil, dəyişikliyin, inamın və irəliləyişin başlanğıc mərkəzidir.