“3TM” Təlim və Təcrübə Mərkəzi
Ümumi Məqsəd: Gənclərin iş həyatına uğurlu keçidini təmin etmək üçün onlara iş etikası, kommunikasiya, ofis texnologiyaları və digər iş üçün vacib bacarıqlar üzrə təlim və təcrübə imkanı yaratmaq.
Konsepsiya: Rəqabətə davamlı bir təlim mərkəzi yaratmaqla gənclərin iş həyatına daha inamlı addım atmalarını təmin etmək. Burada ən son təlim metodlarından və interaktiv yanaşmalardan istifadə ediləcək.
Xidmətlər: İş etikası təlimləri, rəsmi yazışma qaydaları, ofis proqramları təlimi (MS Office, Google Workspace və s.), ofis avadanlıqlarından istifadə bacarıqları, təcrübə proqramları.
MİSSİYAMIZ
Azərbaycan gənclərinin iş həyatına daha hazırlıqlı və peşəkar yanaşmasını və onları əmək bazarına uyğun bilik və bacarıqlara sahib olmasını təmin etmək, eləcə də yerli bazarda fəaliyyət göstərən şirkətlərin səriştəli, perspektivli və işgüzar personal tələbini ödəmək.
VİZYONUMUZ
Gələcəyin liderləri və peşəkarlarını hazırlayan, öz sahəsində nüfuzlu və yüksək keyfiyyətli təlim və təcrübə mərkəzi olmaq.